Dominikan respublikasında əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Əməliyyatlar mərkəzinin direktoru Xuan Manuel Mendez məlumat yayıb.
Menzdez açıqlamasında ğlənlərin sayının 184 nəfərə çatdığını bilirib.
Axtarış-xilasetmə işləri hələ yekunlaşmasa da, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, aprelin 8-də "Jet Set" adlanan əyləncə mərkəzinin damı uçub, içəridə 300 adam olub.