ABŞ İrana sanksiya tətbiq etdi

21:24 - 09 Aprel 2025

ABŞ İrana sanksiya tətbiq etdi

ABŞ hökuməti İranın nüvə proqramı ilə əlaqəsi olduğu iddia edilən bir şəxs və beş şirkətə məhdudiyyətlər qoyub.

Manset.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilən məlumatlara görə, məhdudiyyətlər İran vətəndaşı və İslam Respublikasında yerləşən beş şirkətə aiddir.

Sənəddə həmçinin bildirilir ki, sanksiyalar İranın nüvə proqramına nəzarət edən əsas şirkətlərə dəstək iddiası əsasında tətbiq olunub. ABŞ administrasiyasının məlumatına görə, məhdudiyyətlərə tabe olan fiziki və hüquqi şəxslər Tehranın nüvə silahının hazırlanmasında istifadə edildiyi iddia edilən kritik texnologiyaları tədarük və ya istehsal ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv