Ölü tapılan rəqqasəni ailəsi qəbul etmədi

16:05 - 09 Aprel 2025

Ölü tapılan rəqqasəni ailəsi qəbul etmədi

Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda yaşayan və rəqqasəliklə məşğul olan 30 yaşlı T.T. dostları tərəfindən evində ölü halda tapılıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Şanlıurfada yaşayan ailəsinin qəbul etmədiyi gənc rəqqasə dəfn edilib.


Hadisə dünən baş verib. T.T.-dən xəbər ala bilməyən dostları onun Serdivandakı evinə yollanıblar. Qapını açıb içəri girən dostları, gənc qadını hərəkətsiz halda tapıblar və dərhal polis və təcili tibbi yardım xidmətlərinə xəbər verilib.

Əraziyə gələn səhiyyə qrupları T.T.-nin artıq həyatını itirdiyini təsdiqləyiblər. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və ilkin ehtimallara görə, bunun intihar olduğu düşünülür.

Bildirilir ki, gənc qadın daha əvvəl də intihara cəhd etmişdi.

Rəqqasənin Şanlıurfada yaşayan ailəsi onun cənazəsini qəbul etmədiyi üçün cənazəni Mersindən gələn xalası, dayısı və əmisi uşaqları təhvil alıblar. T.T.-nin cənazəsi Adapazarı rayonundakı Karaosman məscidində günorta azanından sonra qılınan cənazə namazı ilə Emirsultan-2 qəbiristanlığında dəfn olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv