Taylandın şimalında, Çiang May şəhərində yerləşən bir restoran qeyri-adi kampaniyası ilə sosial şəbəkələrdə böyük maraq doğurub. Restoranın girişində yerləşdirilən bədən ölçüm çubuqları vasitəsilə müştərilərin bədən quruluşları ölçülür və çəkilərinə uyğun endirim təklif olunur.
Manset.az xəbər verir ki, müştərilər girişdə beş fərqli en ölçüsünə malik çubuqlardan keçməyə çalışırlar.
Müştəri nə qədər arıqdırsa, o qədər çox endirim qazanır. Ən dar aralıqdan keçənlərə 20% endirim tətbiq edilir, ən geniş aralıqdan keçənlər isə 5% endirim əldə edirlər. Ölçülərin heç birindən keçə bilməyən müştərilər isə "Tam qiymət, üzr istəyirik" yazılmış afişa ilə qarşılaşırlar.
Bu maraqlı və əyləncəli görünən kampaniya eyni zamanda ciddi tənqidlərə də səbəb olub. Sosial media istifadəçiləri bu üsulun kilolu insanları alçalda biləcəyini və bədənə görə ayrı-seçkilik yaratdığını bildiriblər.
Bəzi istifadəçilər etiraz edərək yazıblar: “Əgər keçə bilməsəm, daha çox pulmu ödəyəcəyəm? Bu çox təhqiredicidir.”