Pezeşkian danışıqların vasitəçilər vasitəsilə aparılacağını təsdiqlədi

14:42 - 09 Aprel 2025

Pezeşkian danışıqların vasitəçilər vasitəsilə aparılacağını təsdiqlədi

İran və ABŞ arasında Omanda danışıqlar ABŞ administrasiyasının nümayəndələrinin əvvəlcədən bildirdiyi kimi birbaşa deyil, vasitəçilər vasitəsilə aparılacaq.


Manset.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

“Əraqçi Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlarda Ali Rəhbərin (Ayətullah Əli Xameneinin) göstərişlərini təqdim edəcək”.

Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqların birbaşa keçiriləcəyini açıqlayıb və ertəsi gün Ağ Evin mətbuat katibi Karolin Levitt də eyni bəyanatı verib. İran Xarici İşlər Nazirliyi də öz növbəsində bu məlumatı təkzib edərək bildirib ki, Tehran Vaşinqtonla vasitəçi olmadan ünsiyyət qurmaq niyyətində deyil, çünki ABŞ vaxtilə nüvə sazişi ilə bağlı razılaşmanı pozub. Amerika nümayəndə heyətinə Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff, İran nümayəndə heyətinə isə Əraqçi rəhbərlik edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv