Çin Ukrayna münaqişəsində iştirak etmək üçün qoşun göndərməyib - XİN

11:38 - 09 Aprel 2025

Çin Ukrayna münaqişəsində iştirak etmək üçün qoşun göndərməyib - XİN

Çin Ukrayna münaqişəsində iştirak etmək üçün öz hərbi personalını göndərməyib və ölkə hakimiyyəti öz vətəndaşlarından hərbi əməliyyatlarda iştirak etməməyi tələb edir. 



Manset.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.


“Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi, xüsusən də hər iki tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyi tələb edib”, - o, brifinqdə ukraynalı jurnalistin sualını cavablandırarkən deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv