Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 3645 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Səlahiyyətlilər 7,7 və 6,4 bal gücündə iki zəlzələdə ölənlərin sayının 3645-ə yüksəldiyini, 5017 nəfərin yaralandığını bildirib.
Axtarış-xilasetmə qrupları itkin düşmüş 150-yə yaxın adamı tapmaq üçün səylərini davam etdirir.