Çinin şimalındakı Xibey əyalətində qocalar evində yanğın baş verib, 20 nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Dünən səhər saatlarında Çenqdi əyalətinin Lonxua qraflığında qocalar evində yanğın baş verib.
Yanğın zamanı 20 nəfərin həyatını itirdiyi, qalan qocalar evinin sakinlərinin isə yaxınlıqdakı xəstəxanalarda müşahidə altına alındığı bildirilib. Nə qədər insanın xəsarət aldığı və müalicə aldığı barədə məlumat verilməyib.
Yanğının səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.