İsrailin endirdiyi zərbələr nəticəsində 26 fələstinlini öldü

09:54 - 09 Aprel 2025

İsrailin endirdiyi zərbələr nəticəsində 26 fələstinlini öldü

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 26 fələstinli həlak olub.


Manset.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbçilər anklavın bütün ərazilərini intensiv hava hücumları və artilleriyadan atəşə tutmaqda davam etdiyi üçün hazırkı hesabat yekun deyil.

Martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun irəli sürdüyü təkliflərdən imtina etməsi ilə izah edib və bildirib ki, anklavdakı əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv