Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfirini dəyişdirmək qərarına gəlib.
Manset.az xəbər verir ki, bu barədə Suriya XİN-in mətbuatla əlaqələr üzrə koordinatoru Abdulla Əl-Hakiya istinadən məlumat yayıb.
Diplomatın sözlərinə görə, departament Suriyanın Moskva və Ər-Riyaddakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə köçürülməsi barədə qərar qəbul edib.
Əl-Haki bildirib ki, Moskvadakı diplomatik missiyanın rəhbəri vəzifəsinə bir neçə namizəd var.