İstanbulda Rusiya-ABŞ danışıqlarına kimlərin rəhbərlik edəcəyi məlum oldu

19:25 - 08 Aprel 2025

İstanbulda Rusiya-ABŞ danışıqlarına kimlərin rəhbərlik edəcəyi məlum oldu

Rusiya və ABŞ-ın XİN xətti ilə növbəti danışıqları aprelin 10-da İstanbulda keçiriləcək.

Manset.az TASS-a istinadən xəbər verir ki, danışıqların ikinci mərhələsində Rusiya nümayəndə heyətinə ABŞ-dakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edəcək.

Danışıqlar iki ölkənin səfirliklərinin işinin normallaşmasına həsr olunacaq.

Qeyd edək ki, daha əvvəl Rusiya-ABŞ məsləhətləşmələri 27 fevralda İstanbulda keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv