Belçika Ukraynaya hər il 1 milyard avro yardım ayıracaq

17:32 - 08 Aprel 2025

Belçika Ukraynaya hər il 1 milyard avro yardım ayıracaq

2025-ci ildə Belçika Ukraynaya 1 milyard avroluq silah paketi köçürəcək, daha sonra isə Kiyevə hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracaq.


Manset.az xəbər verir ki, bunu Kiyevdə olan Belçikanın baş naziri Bart De Vever deyib.

"Biz hökumətdə yeni qərar qəbul etdik. 2025-ci ildə Ukraynaya 1 milyard avroluq paket elan göndəririk. Hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracağıq".


O əlavə edib ki, Belçika istehsalçıları artıq Ukrayna ilə birgə silah istehsalı üçün dörd müqavilə imzalayıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv