İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı 50 min 810 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Verilən açıqlamada, Qəzza zolağında son 24 saatda 58 nəfərin öldüyü, 213 nəfərin isə yaralandığı bildirilib. İsrailin atəşkəsi pozduğu 18 martdan bu yana həyatını itirənlərin sayının 1449-a, yaralıların sayının isə 3647-yə yüksəldiyi bildirilib.
Digər tərəfdən, 2023-cü il oktyabrın 7-də İsrailin Qəzza zolağına hücumlarının başlamasından bu yana cəmi can itkisi 50 min 810, yaralı sayı isə 115 min 688 nəfərə çatıb.
Qəzza Hökumətinin Media Ofisindən verilən açıqlamada dünən səhər saatlarında İsrailin çadıra hücumu nəticəsində ağır yaralanan jurnalist Əhməd Mənsurun həyatını itirdiyi bildirilib. İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 211-ə çatıb.