Avropa Komissiyası (AK) gələn həftənin əvvəlində ABŞ prezidenti Donald Trampın elan etdiyi idxal tariflərinə cavab planını təqdim etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Olof Gill bildirib.
"Biz gələn həftənin əvvəlində planı təqdim edəcəyik. Biz yol xəritəsinin nədən ibarət olduğunu izah edəcəyik, sonra üzv dövlətlərlə sənaye sahələri ilə məsləhətləşəcəyik, yekun tədbirlərə gəlməzdən əvvəl onları səsvermə üçün üzv dövlətlərə təqdim edəcəyik”.
Qeyd edək ki, Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən gələn məhsullara gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Əsas rüsum 10%, Aİ üçün tariflər 20% idi. Aprelin 7-də Avropa komissarı Maroş Şefçoviç Brüsselin Vaşinqtona qarşı cavab tədbirləri görəcəyini bildirib . Onun sözlərinə görə, tariflərin tətbiqi ilə bağlı səsvermə aprelin 9-da keçirilməli, cavab tədbirlərinin yekun siyahısı isə aprelin 15-də təsdiqlənəcək.