"Rusiya-Yaponiya danışıqları hələ mümkün deyil" - Peskov

14:54 - 08 Aprel 2025

\"Rusiya-Yaponiya danışıqları hələ mümkün deyil\" - Peskov
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Yaponiya Rusiyaya düşmən münasibətini davam etdirir, ona görə də sülh müqaviləsi danışıqları hələ mümkün deyil.



Manset.az xəbər verir ki, o, Yaponiya hökumətinin Rusiya ilə Kuril adalarının statusu ilə bağlı razılığa gəlməyə və sülh müqaviləsi bağlamağa hazır olması barədə bəyanatını belə şərh edib.

"Tokio ölkəmizə qarşı bütün qeyri-dost və düşmən addımlara tam qoşulmağa tələsdi. Yəni, sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı sözlər bir şeydir, amma real vəziyyət və Yaponiya rəhbərliyinin ölkəmizə qarşı gördüyü real tədbirlər tamam başqa şeydir. "Və biz real vəziyyətdən çıxış edirik", - deyə Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv