ABŞ-də daşqın və tufanlar nəticəsində ölənlərin sayı 24-ə çatdı

12:28 - 08 Aprel 2025

ABŞ-də daşqın və tufanlar nəticəsində ölənlərin sayı 24-ə çatdı

ABŞ-də güclü tufan və daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb.


Manset.az xəbər verir ki, Tennessi ştatında ən azı 10 nəfər, Kentukki ştatında isə kəskin hava şəraiti səbəbindən biri 9 yaşlı uşaq da daxil olmaqla ən azı 5 nəfər ölüb. 


Corciyada isə iki nəfərin öldüyü təsdiqlənib. İndiana və Missisipi ştatlarında cəmi 2 nəfərin həyatını itirdiyi öyrənilib.


Yağışlardan sonra çaylarda suyun səviyyəsinin artması ilə əlaqədar 9 milyon insana daşqın xəbərdarlığı edilib.


Fırtına dünən ölkə sahillərinə doğru hərəkət edərək Florida, Corciya və Karolina ştatlarında güclü yağışa səbəb olub.


Milli Meteoroloji Xidmət həftənin qalan hissəsində daha az yağış gözlənildiyini, lakin bəzi ərazilərdə suların çəkilməsinin günlər və ya həftələr çəkə biləcəyi barədə xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv