İstanbulda İŞİD əməliyyatı - 20 nəfər saxlanıldı

12:13 - 08 Aprel 2025

İstanbulda İŞİD əməliyyatı - 20 nəfər saxlanıldı

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 20 şübhəli saxlanılıb.

Manset.az xəbər verir ki, bu barədə İstanbul Respublika Prokurorluğu məlumat yayıb.

Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilən 32 şübhəlinin tutulması üçün əməliyyat keçirilib . İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qruplarının keçirdiyi əməliyyatda 20 şübhəli saxlanılıb.

Saxlanılan şübhəlilər arasında 5 nəfərin viza pozuntusu törətdiyi müəyyən edilib. Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 1 sənədsiz tapança, 2 boş jurnal, 86 patron, 68 min 700 ABŞ dolları, 75 min türk lirəsi və çoxlu sayda rəqəmsal material ələ keçirilib. Digər tərəfdən, qaçan şübhəlilərin tutulması üçün işlərin davam etdiyi qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv