"Təqaüddəyəm, nə yaradıcılıq?" - Xalq artisti

16:30 - 20 İyul 2022

\"Təqaüddəyəm, nə yaradıcılıq?\" - Xalq artisti

Xalq artisti Valeh Kərimov hazırda işsizdir.

 

Bu barədə Manşet.az-a sənətkar özü məlumat verib:

"Təqaüddüyəm, nə yaradıcılıq? Hazırda Prezident təqaüdü ilə dolanıram. Arzu edirəm ki, həmin təqaüd hamıya qismət olsun. Bu, yaşamaq deməkdir. Sonuncu dəfə 2-3 il əvvəl Mingəçevir teatrında tamaşa qurmuşam, ondan sonra işim olmayıb". 

Xalq artisti bildirib ki, uyğun təklif olarsa, dəyərləndirməyə hazırdır:

"Ancaq özümdə o gücü hiss edirəm ki, işləyə bilərəm. Yaxşı təklif olsa işləyə bilərəm, enerjim var (gülr)".

Qeyd edək ki, Valeh Kərimov uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Kinodakı ən məşhur obrazı isə "Bəxt üzüyü"ndə Moşu olub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv