"Uşaq qaçırılması kimi xəbərlər yalandır" - DİN

17:35 - 30 Aprel 2025

\"Uşaq qaçırılması kimi xəbərlər yalandır\" - DİN

"Uşaq qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, polis orqanlarına bununla bağlı hər hansı kriminal tərkibli məlumat daxil olmayıb".

Manset.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Vətəndaşlara tövsiyə edirik, diqqətli olsunlar, əsası olmayan belə məlumatları paylaşmasınlar. Bütün iddialar üzrə araşdırmalar aparılıb. Belə bir fakt yoxdur, qeydə alınmayıb”, - E.Hacıyev vurğulayıb.

Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdə məktəblərdən çıxan azyaşlı uşaqlara təhlükə yarandığı, “orqan mafiyası”ndan olan naməlum şəxslərin onları qaçıra biləcəkləri barədə xəbərlər yayılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv