Kapital Bank əməkdaşları
Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən
kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. Onlarla maliyyə institutunun əməkdaşlarını
bir araya gətirən layihə Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən ərazidə həyata
keçirilib. Aksiya zamanı ərazinin iqlim şəraitinə uyğun ümumilikdə 625 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd
edək ki, aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar
Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə
Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan
Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə
tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində baş tutub.
Memoranduma əsasən 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac
olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi nəzərdə tutulub. Layihə həmçinin ekoloji
dayanıqlılığın dəstəklənməsi məqsədi ilə həyata keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda
ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün — https://kbl.az/prcrc.