Sabah bu ərazilərdə qaz olmayacaq

16:52 - 29 Aprel 2025

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.


Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə aprelin 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv