Qeyri-sabit hava mayda da davam edəcək? 

15:00 - 29 Aprel 2025

Qeyri-sabit hava mayda da davam edəcək? 

"Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir".


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

O bildirib ki, aprel keçid xarakterli ay olduğundan belə hadisələr baş verir. Əsas səbəb havanın isinməsi, soyuq hava kütlələrinin şimaldan Azərbaycana daxil olması ilə orta troposferdə (3.5-5 km) baş verən sinoptik proseslərin nəticəsidir:

"Mayda da belə şəraitin davam etməsi ehtimalı olur, hər halda belə hallar mümkündür. İqlimdə belə halların dəqiq proqnozunun verməsi çox çətindir. Statistik məlumatlara nəzər salsaq bunun baş verdiyini görə bilərik.

Sel, daşqın Azərbaycanda Böyük Qafqazın Cənub yamacı, Şəki-Zaqatala, Naxçıvan əraziləri üçün daha təhlükəli sel rayonlarıdır. Baxmayaraq ki, Lənkəran zonasında yağıntılı günlərin sayı çoxdur, lakin intensivlik az olduğu üçün sel hadisələri daşqın xarakterli olur".

"Son illər iqlim dəyişmələri günümüzün ən aktual və həm də ən problemli sahələrindən biridir. Bu iqlim dəyişmələri özünü daha qabarıq şəkildə keçid dövrlərində, fəsillərdə göstərir. Bəli, aprel də bu zaman kəsiyinə düşdüyü üçün qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir. Ötən illərdə və bundan sonrakı illərdə də belə hallara rast gəlinir, gələcəkdə də baş verəcək", - deyə R.İsmayılov vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv