Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad edilib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, İlkin Cəfərov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Hazırda İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Rauf Salmanov rəis vəzifəsini icra edir.