Maşında ürəyi bulananlar - Həll yolu tapıldı

13:27 - 29 Aprel 2025

Maşında ürəyi bulananlar - Həll yolu tapıldı

Avtomobildə hərəkət zamanı ürəkbulanma hissi yaşayanlar üçün Yaponiyanın Naqoya Universitetindən təsirli həll yolu tapılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına əsasən, Universitetin apardığı son araşdırma göstərib ki, aşağı tezlikli səs dalğaları bu narahatedici vəziyyəti əhəmiyyətli dərəcədə azalda bilir.

Araşdırmaya görə, "avtomobil tutması" kimi tanınan hərəkət xəstəliyi – göz, daxili qulaq və əzələlər arasında siqnal uyğunsuzluğu səbəbindən yaranır. Bu uyğunsuzluğun qarşısını almaq üçün isə səs terapiyası effektiv üsul kimi təqdim olunub.

Tədqiqat nəticəsində məlum olub ki, 100 Hz tezlikdə və 65,9 dBA gücündə olan səsə cəmi 1 dəqiqə qulaq asmaq ürəkbulanmanı təxminən 2 saat müddətinə qədər azalda bilir. Bu səslər gündəlik danışıq səviyyəsinə yaxın və insanların qulaq asarkən narahatlıq hiss etmədiyi bir aralıqdadır.

Alimlər izah edir ki, bu aşağı tezlikli səs daxili qulaqda yerləşən balans kristallarını stimullaşdıraraq, siqnal uyğunsuzluğunu azaldır və beləliklə ürəkbulanma hissini aradan qaldırır.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv