Bakıdakı məşhur restoranlar cərimələndi - SİYAHI

12:42 - 29 Aprel 2025

Bakıdakı məşhur restoranlar cərimələndi - SİYAHI

Bakının məşhur restoranlarında havaya normadan artıq tullantı atan restoranlar cərimələnib.


Manset.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Bildirilib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı  “Ağ Çiçəyim”, “Afrodita Palace”, “Arzu”, “Şahzadə”, “Leyla Plaza”, “Kolissa Hall”, “White Palace”, “Qızıl Qaya”, “Golden Baku”, “Baku Castle”, “Qəbələ-Xanlar”, “Xankəndi”,  “Çətir”, “Alaçatı Mood”, “Kafe Faiq”, “Tovuz Manqal”, “3 Mərtəbə”, “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: 

“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və  hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı  qanunamüvafiq tədbirlər görülür”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv