Bakıda 36 minə mobil nömrələr satılır - SİYAHI

11:41 - 29 Aprel 2025

Bakıda 36 minə mobil nömrələr satılır - SİYAHI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.


Manset.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat paylaşılıb. 

Elandakı nömrələrin qiyməti 4000-36000 manat aralığındadır.

Bildirilib ki, hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

Məlumatda qeyd olunub ki, hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv