Çikaqodakı "İllinoys" Universitetinin alimləri yeni ikili təsirli antibiotik kəşf ediblər. Bu antibiotiklər bakteriyaların müqavimət göstərməsini 100 milyon dəfə çətinləşdirir və onların superböcəklərə çevrilməsinin qarşısını alır.
Manset.az xarici KİV-ə istinadla xəbər verir ki, superböcəklər yoluxucu xəstəliklərə səbəb olan patogenlərdir və ənənəvi olaraq xəstəliyin müalicəsində istifadə olunan bir neçə antibiotikə davamlıdırlar.
Əksər superböcəklər DNT-lərində onları antibiotiklərin təsirindən qoruyan mutasiyaların toplanması nəticəsində yaranır. "Makrolonlar" kimi tanınan yeni sintetik preparat növü iki növ antibiotikin xassələrini müxtəlif təsir rejimləri ilə birləşdirir - "makrolidlər" və "ftorxinolonlar". Birincisi, protein sintezinin baş verdiyi ribosomların fəaliyyətini bloklayır, ikincisi isə "DNT giraz" adlı xüsusi fermenti hədəf alır.
Yeganə