İran Prezidenti Məsud Pezeşkian Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edib.
Manset.az bildirir ki, ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bu zaman İran Prezidenti ilə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov arasında maraqlı dialoq olub. Belə ki, Pezeşkian Bakıda yaşayan əhalinin sayı ilə maraqlanb. E.Əzizov şəhərdə 3,5 milyon adamın yaşadığını deyib. Bu rəqəmə təəccüblənən Pezeşkian Azərbaycan əhalisinin sayını da soruşub. “10 milyon” cavabından sonra İran Prezidenti “əhalinin yarısı Bakıda yaşayır” deyə bildirib.
Eldar Əzizov: Bakı şəhərinin rəsmi olaraq 3,5 milyon əhalisi var.
Məsud Pezeşkian: Azərbaycanın nə qədər əhalisi var?
Eldar Əzizov: 10 milyondan bir qədər çoxdur.
Məsud Pezeşkian: 10 milyon... yarısı burdadır?
Eldar Əzizov: Paytaxtdır da...