Xəbər verdiyimiz kimi, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.
İran prezidenti forumda Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini səsləndirib. Pezeşkianın səsləndirdiy bu şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri şeirin Məhəmmədhüseyn Şəhriyarın hansı poemasından olduğu ilə bağlı müzakirələr aparıblar.
Manset.az mövzu ilə bağlı araşdırma aparıb və məlum olub ki, həmin şeir "Heydərbabaya salam" poemasından bir parçadır.
İran prezidentinin səsləndirdiyi parçanı təqdim edirik:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı.
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.