D vitamini çatışmazlığının ƏLAMƏTLƏRİ

17:24 - 28 Aprel 2025

D vitamini çatışmazlığının ƏLAMƏTLƏRİ

D vitamini bədənimizin sağlam işləməsi üçün vacib olan əsas vitaminlərdən biridir. Xüsusilə kalsiumun mənimsənilməsi və immun sisteminin düzgün fəaliyyəti üçün böyük rol oynayır. Ancaq bir çox insan bu vitaminin çatışmadığını anlamadan yaşayır.


Manset.az-ın məlumatına görə, mütəxəssislər D vitamini çatışmazlığının bir sıra fiziki və psixoloji əlamətlərlə özünü göstərdiyini bildirir. 

Kürək və bel nahiyəsində ağrılar
Davamlı bel ağrıları xüsusilə yaşlılarda D vitamini çatışmazlığının xəbərçisi ola bilər. 

Yuxusuzluq və narahatlıq və ya yorğunluq

Kifayət qədər D vitamini almadığınız zaman melatonin səviyyəniz aşağı düşə bilər.  Melatonin yuxu rejiminin tənzimlənməsində mühüm rol oynayır.

Dəri problemləri
Quruluq, qaşıntı və gözlənilməz dəri ləkələri də D vitamini çatışmazlığının əlamətləri arasında ola bilər. Bu vitamin dəridəki hüceyrələrin yenilənməsinə və iltihabların azaldılmasına kömək edir.

Autoimmün xəstəliklər riski
D vitamini immunitet sistemini tənzimləyərək autoimmün xəstəliklərin qarşısını almağa kömək edir. 

Depressiya və yüksək təzyiq
Əhvalınız tez-tez dəyişir və ya özünüzü depressiv hiss edirsinizsə, D vitamini səviyyənizi yoxlatmaqda fayda var. Bu vitamin beyindəki dopamin və norepinefrin hormonlarının balansına təsir edir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv