C, E, B6 və B12 vitaminləri yüksək konsentrasiyası xərçəng şişlərin böyüməsini stimullaşdıra bilər. Amerikalı mütəxəssislər bu qənaətə gəlib.
Manset.az xəbər verir ki, adi C vitamini əlavələri immun sistemini gücləndirmək üçün reklam olunur və bəzi insanlar sağlamlıqlarını yaxşılaşdırmaq üçün onları həddindən artıq dozada qəbul edirlər, lakin bu, əks nəticə verə bilər.
Fakt budur ki, bədən artıq vitaminləri kifayət qədər tez emal edə bilmir, aktiv maddələr sağlam hüceyrələrə hücum edə və xərçəng şişlərinin böyüməsini stimullaşdıra bilər. Bundan əlavə, artıq vitaminlər qan dövranına daxil olduqda sərbəst radikallar - hüceyrələrin oksidləşmə prosesini təhrik edən və onlarda müxtəlif mutasiyalara səbəb olan qeyri-sabit kimyəvi hissəciklər əmələ gətirir.