Pensilvaniya Universitetinin alimləri müəyyən ediblər ki, siqaret ağız boşluğunda müxtəlif mikrobların çoxalmasına səbəb olur.
Manset.az xəbər verir ki, alimlər müxtəlif sosial qrupların nümayəndələri də daxil olmaqla, köçərilərdən şəhər sakinlərinə qədər 63 Nepal sakininin ağız mikrobiomunu tədqiq ediblər.
Nəticələr göstərib ki, həyat tərzi və vərdişlər mikrofloranın tərkibinə əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə, siqaret çəkənlərdə faydalı bakteriyaların azalması və "Streptococcus" kimi potensial təhlükəli mikroorqanizmlərin artması ilə yanaşı, "Proteobacteria" qrupundan olan qoruyucu bakteriyaların da azalması aşkar edilib.
Sağlam ağız mikrobiomu həzmi dəstəkləyir və patogenlərdən qoruyur, tədqiqatçıların fikrincə, onun pozulması xəstəliklərin inkişafına kömək edə bilər.
Yeganə