Qəhvənin tərkibindəki "polifenol" adlı maddə xroniki stress zamanı beynin koqnitiv funksiyalarını saxlamasına kömək edir. Tədqiqat "Neurobiology of Stress" (NOS) elmi jurnalında dərc olunub.
Manset.az xəbər verir ki, qəhvədəki "polifenollar" antioksidan xüsusiyyətlərə malik bioaktiv birləşmələrdir.
Bu birləşmələrin hüceyrələri stressdən qoruyur və iltihabı azaldır, həmçinin ürək-damar xəstəlikləri və diabet kimi xroniki xəstəliklərin riskini azaldır. Yeni araşdırmada kofenin tərkibindəki "xlorogen" və "kofeik" turşuların xroniki stressin mənfi təsirlərini də yaxşılaşdırdığı bəlli olub.
Yeganə