Uzunömürlü olmaq istəyənlərin nəzərinə - Az yeyin

21:00 - 26 Aprel 2025

Uzunömürlü olmaq istəyənlərin nəzərinə - Az yeyin

Alimlər müəyyən ediblər ki, ömrün uzadılması üçün istehlak edilən kalorilərin miqdarını məhdudlaşdırmaq lazımdır, lakin uzun müddət aclığa da yol vermək olmaz. Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.


Manset.az xəbər verir ki, hansı pəhriz növünün ömrü uzatmaqda daha təsirli olduğunu öyrənmək üçün alimlər beş qrup siçan üzərində təcrübə aparıblar.

Birinci qrup qeyri-məhdud miqdarda qida qəbul edib, ikinci qrupun pəhrizinin kalori tərkibi 40%, üçüncüsü isə 20% azalıb. Dördüncü və beşinci qruplar müvafiq olaraq həftədə bir və iki dəfə qidalanıblar.

Müəyyən edilib ki, normal kalorilərinin 60%-ni qəbul edən siçanlar digərlərindən orta hesabla daha uzun - təxminən 34 ay yaşayıblar. İnsan baxımından bu, təxminən 85 ilə bərabərdir.

Alimlərin fikrincə, gözlənilən ömrün yüksək olması aclıqdan yox, qida rasionunun kalorililiyinin orta dərəcədə azalması ilə əlaqədardır. 

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv