Qadınların yuxuya daha çox ehtiyacı var - Tədqiqat 

20:27 - 26 Aprel 2025

Qadınların yuxuya daha çox ehtiyacı var - Tədqiqat 

Məlum olub ki, qadınların əlavə “gözəllik yuxusuna” ehtiyacı olmasının elmi səbəbi var. Tədqiqatlar göstərir ki, qadınların kişilərə nisbətən orta hesabla 11 dəqiqə daha çox yatmağı lazımdır. Bu fərq kiçik görünsə də, ümumi sağlamlıq üçün əhəmiyyətli təsirlərə malik ola bilər.


Manset.az xəbər verir ki, qadınlar həyatları boyu bir sıra hormonal dəyişikliklər yaşayırlar və bu mərhələlərin hər biri yuxu rejimini poza bilər.

Statistikaya görə, qadınlar kişilərə nisbətən yuxusuzluqdan 40% daha çox əziyyət çəkirlər. Qadın sağlamlığı və yuxu mütəxəssisi Aleksandr Qlak bildirib ki, fiziologiyaya əsasən, qadın hormonları yuxuda böyük rol oynayır,  bu isə o deməkdir ki, qadınların yuxuya daha çox ehtiyacı var.

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv