Maqnit qasırğası barədə yeni iddia - Növbəti iki ildə...  

17:04 - 26 Aprel 2025

Maqnit qasırğası barədə yeni iddia - Növbəti iki ildə...  

Rusiyalı astronom Günəş aktivliyinin nə vaxt azalmağa başlayacağını bildirib.


Masnet.az-ın Lent.az-a istinadla məlumatına görə, Novosibirsk Dövlət Universitetinin Veqa rəsədxanasının mühəndisi Yeqor Konyaev və onun həmkarları yaxın iki ildə günəşin aktivliyinin azalacağını, bunun da partlayışların və maqnit qasırğalarının sayını azaldacağını proqnozlaşdırırlar.


Konyayevin sözlərinə görə, bu, 11 illik günəş tsiklinin pik aktivliyinin başa çatması ilə bağlıdır.

“Buna görə də yaxın bir və ya iki il ərzində günəş aktivliyinin azalması gözlənilir”, - astronom bildirib.

Konyayev qeyd edib ki, günəş ləkələri və partlayışların sayı azalacaq. Bu səbəbdən maqnit qasırğaları və qütb işıqları daha az olacaq. Buna baxmayaraq, belə hadisələrin baş vermə ehtimalı hələ də qalmaqdadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv