"San-Paulu" Universitetinin alimləri 113 milyon illik qarışqa fosili aşkar ediblər. Fosil Braziliyanın şimal-şərqindəki əhəng daşında tapılıb.
Manset.az xəbər verir ki, indiyə qədər məlum olan ən qədim qarışqalar Fransa və Myanmada kəhrəbada tapılan nümunələrdən idi, lakin Braziliya tapıntısı olan bu qarışqa növü onların Daş dövründə də geniş yayıldığını sübut edir.
Tapılan qarışqa fosilinin ağız aparatının quruluşu təccüblüdür. Müasir qarışqalardan fərqli olaraq, bu qarışqaların çənələri yanlara deyil, paralel olaraq başlara irəliləyir. Bu, onu göstərir ki, hətta ən qədim qarışqalar da bu gün gördüklərimizdən fərqli olaraq yüksək ixtisaslaşmış ov strategiyalarına malik olublar.
Yeganə