Artıq çəki ilə vidalaşmaq istəyirsiniz, amma saatlarla idman salonlarında tər tökməyə və ya aclıqla mübarizə aparmağa vaxtınız yoxdur? Elə isə son dövrlərdə getdikcə populyarlaşan təbiiliyə əsaslanan və passiv arıqlama üsulları tam sizə görədir. Bu üsullar həm məşğul həyat tempinə görə pəhriz və idmana zaman ayıra bilməyənlərin, həm də təbii yollarla arıqlamaq istəyənlərin diqqətini çəkir.
Manset.az Milli.az-a istinadla xəbər verir ki, insan hərəkət etmədən, sadəcə oturduğu yerdə belə metabolizmanı sürətləndirərək yağların yandırılmasına dəstək olur.
Oturduğun yerdə arıqladan üsul nədi̇r?
Bu üsulun ən önəmli üstünlüklərindən biri, limfa drenaj sistemini aktivləşdirməsidir. Limfa sistemi bədəndəki toksin və ödemlərin atılmasında əsas rol oynayır.
Bəzi xüsusi masaj texnikaları, infraqırmızı battaniya (infraruj) tətbiqləri və soyuq duş terapiyaları ilə bu sistemə dəstək verildikdə, bədən öz-özünə təmizlənmə rejiminə keçir.
Bu mərhələdə xüsusilə qarın və bel bölgəsindəki yağlar nəzərəçarpacaq dərəcədə azalmağa başlayır.
Şəkərə yox deyin
Qidalanma baxımından çox sərt qaydalar yoxdur, amma şəkər və təmizlənmiş karbohidratlardan uzaq durmaq şərtdir. Bədən detoks rejimində olarkən bu tip qidalar yağ yandırma prosesinə mane ola bilər.
Əvəzində nə etməli?
Bol su içmək
Tərəvəz əsaslı yeməklər
Təbii tərkibli yüngül qidalarla dəstəklənən sadə pəhriz planı
Bu üsulun təsirini gözlə görüləcək şəkildə artırır.
Təkcə arıqlatmır - əlavə faydalar da var!
Bu üsul sadəcə çəki atmaqla kifayətlənmir. Aşağıdakı müsbət təsirlər də müşahidə olunur:
Enerji artımı
Dəridə parlaqlıq
Həzm sistemində yüngüllük
İmmunitetin güclənməsi
Ən maraqlı tərəfi isə odur ki, bədən bu prosesə özü uyğunlaşır, və insan fiziki cəhətdən yorulmadığı üçün motivasiyasını itirmədən davam edə bilir.
Nəticə: Sadə dəstək üsulları ilə bədəninizə yük vermədən arıqlamaq mümkündür. Elmi əsaslı və düzgün tətbiq olunan bu metodlar enerjinizi artırır, sağlamlığınızı qoruyur və bədəninizə rahatlıq bəxş edir.