Faktiki hava açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bekə ki, Daşkəsən, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Şəmkir, Ağstafa, Qax, Tovuz, Sədərək, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl və Mingəçevirdə şimşək çaxır, arabir yağış yağır.
Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Ağdamda 24, Tərtər və Goranboyda 23, Culfada 22, Şəki və Kəlbəcərdə 20, Gəncə və Xınalıqda 16 m/s-yə çatır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 31, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınır.