Suraxanı rayonunda Kamal Abdulla ilə görüş keçirildi - FOTOLAR

17:00 - 25 Aprel 2025

Suraxanı rayonunda Kamal Abdulla ilə görüş keçirildi - FOTOLAR

Aprelin 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə rəsmilər, mədəniyyət işçiləri, media nümayəndələri, Suraxanı rayon sakinləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı, jurnalist Günay Firudinqızı Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında danışıb. Söylənilib ki, xalq yazıçısı müasir Azərbaycan ədəbiyyatının ən çox oxunan, tanınan və  sevilən müəlliflərindən biridir.

Çıxışçılar Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, onun yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyətindən söz açıblar.

Qeyd olunub ki, Kamal Abdullanın fəaliyyəti həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilir, oxucular tərəfindən böyük maraqla qarşılanır. Müəllif həm ədəbiyyat, həm də elm sahəsində ən yüksək mükafatlara layiq görülüb.

Daha sonra Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşadan fraqment təqdim edilib. Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

Kamal Abdulla çıxışında elmi və ədəbi fəaliyyətinin əsas istiqamətlərindən danışıb, müxtəlif janrlarda qələmə aldığı bədii əsərlər, onların yazılma səbəbləri haqqında məlumat verib.

Görüş tədbir iştirakçılarının sualları ətrafında müzakirələrlə davam edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv