İnnovasiya və sürət lideri “Bakcell” 2024-cü ildə həyata keçirdiyi
strateji və vizual yenilənmə ilə bu gün rebrendinqinin ilk ildönümünü qeyd
edir. Son bir il ərzində “Bakcell” rəqəmsal gələcəyə doğru sürətlə addımlayaraq,
yenilənmiş dizayn və brend strategiyası ilə innovasiya və süni intellekt dəstəkli
həllərdən daha geniş şəkildə istifadə
etməyə başlayıb. Strategiya çərçivəsində müştərilərə “Birinci Tariff”,
“VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri”, “Bakcell Kart”, “Tarif məsləhətçisi”
kimi innovativ məhsul və xidmətlər təqdim edilib. Bu yeniliklər, ilk növbədə, müştərilər üçün
innovativ məhsul və xidmətlərin artırılması, bununla da müştəri təcrübəsinin zənginləşdirilməsini
hədəfləyir.
Yeni brend strategiyası və müştəriyönümlü yanaşması ilə “Bakcell” bu
gün xüsusi olaraq Qarabağ və bütün Azərbaycan bölgələrində ən sürətli,
innovativ məhsul və xidmətlərini təklif edir. Rebrendinq nəticəsində Bakcell ölkənin rəqəmsal
inkişafına töhfə verməklə yanaşı, innovasiyalara, dayanıqlılığa və milli dəyərlərə
sadiqliyini də nümayiş etdirir.
"Bakcell" haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
"Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan
innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir
və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.