Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Səhiyyə
Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Referans Medical
Group”un dəstəyi ilə keçirilən “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi aprelin
23-24-də Şabran rayonunda davam etdirilib.
Manset.az xəbər verir ki, əvvəlcə
Şabran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə
gül dəstələri qoyulub.
Şabran
Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə
zamanı onkologiya, kardiologiya, nevrologiya, psixiatriya, ginekologiya və
endokrinologiya sahəsi üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr
aparılıb.
İki
gün ərzində ümumilikdə 700-dən artıq vətəndaşa 1100-dən çox tibbi xidmət göstərilib.
Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq
müalicələr təyin olunub.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müayinəyə gələn uşaqlara hədiyyələr
verilib. Tədbirin təşkilində AHİK könüllüləri də iştirak ediblər.
Qeyd
edək ki, səyyar tibbi müayinələr üzvlərimizin sağlamlığını qorumaq, tibbi xidmətlərə
əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə dəstək vermək məqsədilə
təşkil olunur. Layihənin ölkəmizin digər dağ, dağətəyi və sərhədyanı
rayonlarında da keçirilməsi nəzərdə
tutulur.