Əsəbilik, əhval dəyişikliyi və apatiya bədəndə maqnezium çatışmazlığının əlamətləridir. Bu baxımdan maqneziumun insan orqanizmi üçün böyük əhəmiyyəti var.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, maqnezium çatışmazlığı əzələ spazmaları, ürək ritmi pozuntuları, yorğunluq, baş ağrıları və həzm problemləri kimi simptomlara səbəb olur.
Bundan başqa, uzunmüddətli maqnezium çatışmazlığı diabet, osteoporoz və digər sağlamlıq problemlərinin yaranma riskini artırır.
Maqneziumla zəngin qidalar arasında pazı, ispanaq, fındıq, badam, somon balığı, balqabaq tumu yer alır. Bu qidaların gündəlik rasiona daxil edilməsi maqnezium səviyyəsinin normallaşmasına kömək edir.
Yeganə