Son zamanlar təbii baxım məhsullarına müraciət edənlərin ən çox üstünlük verdiyi yağlardan biri də badam yağıdır.
Manset.az-ın məlumatına görə, əlverişliliyi və asan əldə edilməsi sayəsində badam yağı saç baxımında mühüm yer tutur.
Tərkibindəki E vitamini və maqnezium sayəsində badam yağı saç köklərini qidalandıraraq saç tökülməsini azaltmağa kömək edə bilər. Həftədə bir neçə dəfə saç köklərinə masaj edərək tətbiq edildikdə saç uzanmasını dəstəkləyir. Həmçinin quru və mat görünən saçları nəmləndirir və daha parlaq, yumşaq bir görünüş verir.