Günümüzdə qida əlavələri bir çox insanın həyatında ayrılmaz hissəyə çevrilib. Bu əlavələr dərman olmadığı üçün çox vaxt həkim resepti olmadan istifadə edilir.
Maraqlıdır, belə məhsulların nəzarətsiz istifadəsi sağlamlığa necə təsir edə bilər?
Manset.az xarici mediaya istiandən xəbər verir ki, reklamın üstünlük təşkil etdiyi müasir dünyada insanın həqiqətən nəyə ehtiyacı olduğunu və nəyin sadəcə marketinq səylərinin nəticəsi olduğunu başa düşmək getdikcə çətinləşir.
Dünyada orqanik qida məshulları istifadə edənlərin sayı son 15 ildə rekord artım nümayiş etdirir. Hazırda təqribən 700-750 milyon nəfər sırf kənd təsərrüfatı məhsullarının alıcısıdır. Qida əlavələri kimyəvi və təbii yolla əldə edilir. Bunların tərkibində olan birləşmələr qida məhsullarının keyfiyyətini qoruyur, tez xarab olmasının, o cümlədən zərərli və xəstəliktörədən mikroorqanizimlər və onların toksinləri, yəni zəhərləri ilə çirklənməsinin qarşısını alır.
Qida istehsalı zamanı istifadə edilən vitaminlər, amin turşuları və mineral maddələr də qida əlavəsi hesab edilir. Qida əlavələrinin insan sağlamlığı üçün təhlükəsiz olması ən önəmli faktor olduğundan, onların istifadə miqdarının və müvafiq standartlara uyğunluğunun daim yoxlanılması vacibdir. Çünki qida əlavələrindən normadan artıq istifadə edilməsi insanlarda xərçəng kimi ağır xəstəliklərin yaranmasına səbəb olur. Bu məhsulların əksəriyyəti insan orqanizmində toplanır və ciddi fəsadlar törədir. Odur ki, qida istehsalı zamanı texnoloji təlimatlarda göstərilmiş miqdardan artıq qida əlavələrinin istifadəsinə qətiyyən yol verilməməlidir.
Yeganə