Bu vitamin xərçənglə mübarizədə effektivdir - Araşdırma 

21:43 - 23 Aprel 2025

Bu vitamin xərçənglə mübarizədə effektivdir - Araşdırma 

Günəş işığından və bəzi yağlı qidalardan əldə oluna bilən D vitamini sümük quruluşunun möhkəm saxlanmasında mühüm rol oynayır. Ona görə də bu vitaminin çatışmazlığı müəyyən sağlamlıq problemlərinə yol aça bilir.


Manset.az xəbər verir ki, "Nutrients" jurnalında dərc edilən yeni bir araşdırma göstərir ki, D vitamini kolorektal xərçəngin qarşısının alınması və müalicəsində təsirlidir.

Macarıstanlı tədqiqatçılar 1,3 milyondan çox insanı əhatə edən 50 əvvəlki tədqiqatın meta-analizini apararaq, D vitamininin xərçəng riski və iltihablarda potensial təsirlərinə diqqət yetiriblər.

Alimlər müəyyən ediblər ki, D vitamini iltihabı azaldır, xərçəng hüceyrələrini yox edir və immun reaksiyanı gücləndirir.

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv