Bu ərazilərdə işıq olmayacaq

11:02 - 23 Aprel 2025

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 35 kV-luq “Xanbulan” hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 23-də bir sıra kəndlərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Kərgəlan, Şağlaküçə, Qurumba, Xanbulan, Parakənd, Bürcəli, Daştatük, Rvo, Şovu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv