İşsızlərə ŞAD XƏBƏR - Bu ildən

20:28 - 22 Aprel 2025

İşsızlərə ŞAD XƏBƏR - Bu ildən…

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda işsizlik səviyyəsinin 2024-cü ildəki 5,4 %-dən 2025-ci ildə 5,3 %-ə qədər azalacağını proqnozlaşdırır.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə IMF-in hesabatında qeyd olunub.

Bildirilir ki, 2026-cı ildə işsizlik göstəricisi 5,3 % səviyyəsində qalacaq.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,7 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7 %-i sənaye, 8,5 %-i isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində məşğul olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv