Nazir ona yüksək vəzifə verdi - FOTO

19:59 - 22 Aprel 2025

Nazir ona yüksək vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub.


Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə bu vəzifəyə Ramin Alik oğlu Rzayev gətirilib.

Ramin Rzayev bu təyinata qədər idarə heyətinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sabiq sədri Anar Bayramov bu ayın 17-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv