Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.
Bu barədə Manset.az-a Palatadan bildirilib.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib. Bu barədə Auditorlar Palatasının sədri əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.
Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.